"Qəbələ" "İnter" üçün bir itki ilə başladı

00:13 - 2 Aprel 2016

Bu gün oyunöncəsi son məşq baş tutacaq
 
"Qəbələ" Premyer Liqanın 28-ci turunun “İnter”lə ev oyununun hazırlığına start verib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən turun AZAL-la səfər matçından sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” dünən Qəbələ şəhər stadionunda bir araya gəlib.  Günün ikinci yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən komanda sonra toplu çalışmalarla məşq edib. Hazırlığa zədəli Dodo istisna olmaqla bütün futbolçular qatılıb.
 
Roman Qriqorçukun komandası bu gün oyunöncəsi məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi saat 17:30-da başlayacaq.
 
Xatırladaq ki, IV dövrənin ilk turunun “Qəbələ” – “İnter” matçı aprelin 3-də keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 19:00-da start götürəcək. Qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək.

Xəbər xətti