"Azərbaycan xalqına başsağlığı verirəm"
"Azərbaycan xalqına başsağlığı verirəm. Xalqınızın dərdinə şərik çıxıram və bütün şəhidlərinizə Allahdan rəhmət diləyirəm".
Sportal.az "Report"a istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "İnter"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib.
Ukraynalı mütəxəssis Dağlıq Qarabağda baş verənlərdən təəssüf hissi keçirdiyini vurğulayıb. O, insan həyatının futboldan da önəmli olduğunu vurğulayıb. Qriqorçukun bu sözlərindən sonra jurnalistlər ona jest olaraq, "Hazırkı məqamda bu fikirləriniz futboldan daha önəmlidir. Bəlkə oyun barədə danışmayasınız" təklifini veriblər. Baş məşqçi isə təkliflə razılaşıb.
saytlarin hazirlanmasi