Toni Adams: "Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması yolverilməzdir"

18:18 - 6 Aprel 2016

"Ümidvaram ki, onlar tezliklə öz dogma yurd-yuvalarına qayıdacaqlar"
 
“Qəbələ” İdman Klubunun futbol direktoru Toni Adams Azərbaycan- Ermənistan qoşunlarının təmas xəttində atəşkəş rejiminin düşmən tərəfindən pozulması ilə bağlı açıqlama verib. 
 
Sportal.az xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, o bildirib ki, münaqişənin yenidən alovlanması, mülki şəxslərin yaralanması, qətlə yetirilməsi, eləcə də yaşayış məntəqələrinin dağıdılması yolverilməzdir.   
 
"Mən Azərbaycanda yaşadığım müddətdə dəfələrlə azərbaycanlı məcburi köçkünlərlə görüşmüşəm, onların düçar olduğu problemlərlə yaxından tanışam. Onların dərdinə  şərik çıxıram. Ümidvaram ki, onlar tezliklə öz dogma yurd-yuvalarına qayıdacaqlar. “Qəbələ” İdman Klubunun üzvləri ümid edir ki, Dağlıq Qarabağda sülh bərqərar olacaq. Müharibədə mülki vətəndaşlar heç vaxt hədəf olmamalı, onlar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər”, - deyə o vurğulayıb.   
 
Qeyd edək ki, Toni Adams Böyük Britaniyanın ən məşhur və tanınan futbolçulardan biri olub. “Cənab Arsenal” kimi tanınan bu əfsanəvi idmançı 22 illik karyerası müddətində 500 oyunda meydana çıxıb və İngiltərə millisi üçün 66 kubok qazanıb. Həmçinin, o, milli komandanın kapitanı olub. 2010-cu ildən başlayaraq, T. Adams Azərbaycanda çalışır. Əvvəlcə, “Qəbələ” Futbol Klubunun baş məşqçisi vəzifəsində, sonra isə “Qəbələ” İdman Klubunun futbol direktoru kimi fəaliyyət göstərməyə başlayıb.

Xəbər xətti