Dodo "Qəbələ"ni sevindirdi

00:13 - 7 Aprel 2016

Komanda hazırlıqlarını davam etdirir
 
“Qəbələ” Premyer Liqanın 29-cu turunun hazırlığına start verib.
 
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” “Sumqayıt”la səfərdə keçiriləcək oyuna Bakıda hazırlaşır. 28-ci turun “İnter”lə görüşünün ertəsi gün məşq edib, ardından bir günlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib. Dünən baş tutan məşqdə “Qəbələ” tam heyətlə hazırlıq keçib.
 
Günün ikinci yarısına təsadüf edən hazırlıqda bir müddət zədəli olan Dodo da komanda ilə çalışıb. Toplu məşqə üstünlük verən Roman Qriqorçukun komandası bu gün da Bakıda hazırlıq keçəcək.
 
Aprelin 8-də baş tutacaq oyunöncəsi son məşq isə Sumqayıtda gerçəkləşəcək.
 
Xatırladaq ki, “Sumqayıt” – “”Qəbələ” matçı aprelin 10-u, saat 14:00-da başlayacaq.

Xəbər xətti