Yarımmüdafiəçi komandasına kömək edə bilməyəcək
"Qəbələ" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk ukraynalı yarımmüdafiəçi Aleksey Qayın xidmətindən məhrum olub. Buna səbəb futbolçunun dünən "Sumqayıt"la 1:1 hesabı ilə başa çatan matçda sarı vərəqə alaraq cəzalı duruma düşməsi olub. Mövsümdə 4-cü dəfə cəzalanan Qay XXX turda "Rəvan"la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, "Qəbələ" - "Rəvan" matçı aprelin 15-i baş tutacaq.
saytlarin hazirlanmasi