Hazırlıqlar doğma şəhərdə başlayır
Premyer Liqanın XXIX turunda "Sumqayıt”la bərabərlik əldə edən (1-1) "Qəbələ” hazırlıqlarını bərpa edir
Sportal.az xəbər verir ki, Roman Qriqorçukun komandası oyundan 1 gün sonra bərpa məşqini keçib. Dünən istirahətə buraxılan "qırmızı qaralar” bu gündən etibarən məşqlərini bərpa edəcək.
Komandada yeganə zədəli kapitan Dododu ki, onun da bu gün komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, "Qəbələ” Premyer Liqanın XXX turunda doğma meydanında "Rəvan”ı qəbul edəcək.
saytlarin hazirlanmasi