"Qəbələ" "Rəvan" üçün itkiylə başladı

00:11 - 13 Aprel 2016

Bu gün üçün bir məşq
 
“Qəbələ” Premyer Liqanın 30-cu turunun “Rəvan”la oyununun hazırlığına start verib.
 
Sportal.az xəbər verir ki, ötən turun “Sumqayıt”la aprelin 9-da səfərdə keçirilən qarşılaşmasının ertəsi gün məşq edib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib.
 
Dünən komanda üzvləri məşqə fiziki hazırlıqla başlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışma ilə davam edib. “Qəbələ”nin məşqində zədəli Dodo istisna olmaqla bütün futbolçular iştirak edib. Roman Qriqorçukun komandası növbəti məşqini bu gün, günün ikinci yarısında gerçəkləşdirəcək.
 
Qeyd edək ki, “Qəbələ” – “Rəvan” oyunu aprelin 15-i, saat 16:00-da başlayacaq.

Xəbər xətti