"Bu, yolverilməzdi"
Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Rəvan" oyunundan sonra qonaqların baş məşqçisi Bəhmən Həsənov mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, autsayder komandanın çalışdırıcısı məğlubiyyətə rəğmən, futbolçulardan razı qaldığını bildirib.
"Qırmızı vərəqə epizodunadək oyuna qismən nəzarət edə bilirdik. Doğrudu, rəqib qol epizodları yaradırdı. Ancaq hesabı qoruya bilirdik".
- Saşa Yunusoğlu kimi təcrübəli oyunçu gərəksiz yerdə qoşa ayaqla rəqibə girirsə, sizcə, bu, komandanıza qarşı arxadan zərbə deyil?
- Əlbəttə, bu, yolverilməzdi. Ancaq meydança sürüşkəndi. Ola bilər ki, ayağı sürüşdü. Saşaya güvənirik, zəngin təcrübəyə malikdi. Onun heç vaxt problemi olmayıb. Ancaq Yunusoğlu meydandan kənarlaşdırılandan sonra rəqib təzyiqi artıra bildi. Baxmayaraq ki, uduzmuşuq, futbolçulara təşəkkür edirəm.
saytlarin hazirlanmasi