"Rəvan"dan "Qəbələ"yə daha iki zərbə

02:21 - 16 Aprel 2016

Camalov və Stankoviç cəzalı durumda
 
"Qəbələ" iki itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk Elvin Camalovla Vojislav Stankoviçin xidmətindən məhrum olub. Hər iki futbolçu dünən keçirilən "Rəvan"la matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.Bu səbəbdən onlar aprelin 23-ü keçiriləcək "Xəzər Lənkəran"la oyunu buraxacaq.
 
Bundan başqa Ruslan Abışov "Rəvan"la oyunun 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib. Onun durumuna bu gün aydınlıq gələcək.

Xəbər xətti