Futbolçu tibbi müayinədən keçib
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Premyer Liqanın 30-cu turu çərçivəsində qarşılaşdıqları "Rəvan"la oyunda aldığı zədəyə görə iki həftəyə yaxın yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Sportal.az xəbər verir ki, əzələsini dartan futbolçu bu görüşü davam etdirə bilməmiş və əvəzlənmişdi. Ötən gün ətraflı tibbi müayinədən keçən millimizin müdafiəçisinin 10 gün müalicə almalıdır.
saytlarin hazirlanmasi