"Ola bilsin ki, "Zarya"ya qayıtsın"
“Qəbələ”nin müdafiəçisi Vitali Vernidubun atası Yuri Vernidub oğlunun karyerası haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Ukrayna televiziyalarından birində qonaq olan “Zarya”nın baş məşqçisi Vernidubun Ukraynaya qayıda biləcəyini bidlirib:
“Vernidiubun dediyinə görə, “Qəbələ”də qalmaq istəyir. Fikrimcə, oğlum geri dönməlidir. Mən bilirəm ki, oğlum daha çox oynamağı sevir. O ehtiyat oyunçular skamyasında əyləşməkdən həzz almır. Kim bilir, bəlkə də mövsümün sonuna kimi vəziyyət tam fərqli olacaq. Amma bu baş verməsə, başqa seçimləri nəzərdən keçirəcəyik. 29 yaş pul qazanmaq üçün yaxşı vaxtdır. Roman Qriqorçukun istəyi ilə oğlum “Qəbələ”yə getdi. Ola bilsin ki, “Zarya”ya qayıtsın. Mən Verniduba demişəm ki, istəsən, qayıdarsan”.
Qeyd edək ki, Vitali Vernidub 2015-ci ilin yay transfer pəncərəsində "Zarya"da "Qəbələ"yə transfer olmuşdu.
saytlarin hazirlanmasi