Qriqorçuk bir oyunluq cəzalandı, Qurbanovun sarı vərəqəsi ləğv olundu

13:11 - 19 Aprel 2016

İntizam Komitəsinin növbəti iclası
 
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Qəbələ” - “Rəvan” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Saşa Yunisoğlu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydaların pozduğuna görə 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.
 
"Neftçi” - “Qarabağ” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 23-cü dəqiqəsində “Neftçi”nin futbolçusu  Ruslan Qurbanov sarı vərəqə ilə cəzalandırılıb. “Neftçi” bu epizodla bağlı İntizam Komitəsinə müraciət ünvanlayaraq öz etirazlarını bildirib. İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarı qəbul edib:
 
Oyunun 23-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Ruslan Qurbanova simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunub.
 
AZAL - “Sumqayıt” matçında AZAL və “Sumqayıt”ın 4 futbolçuları sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 1000 manat cərimə olunub.

Xəbər xətti