"Noqaya" klubu ilə
"Qəbələ" rəsmiləri Yaponiyaya səfərə yollanıblar
Sportal.az xəbər verir ki, nümayəndə heyətində klubun vitse-prezidenti Fariz Nəcəfov, klubun futbol akademiyasına müvəqqəti rəhbərlik edən Halim Fıçıcı, akademiya direktorunun müavini Nail Kərimov, baş menecer Zaur Əzizov, marketinq üzrə menecer Səməd Nəsibov daxildir.
Səfərdə məqsəd Yaponiyanın "Noqaya" klubu ilə əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Səfər çərçivəsində onlar bir müddət əvvələ kimi məhz "Qəbələ"nin futbol akademiyasının direktoru olan Stenli Brardla görüşüblər. Hansı ki, o, hazırda "Noqaya"da çalışır.
saytlarin hazirlanmasi