"Antonovun oyunu yaxşı alındı"
Premyer Liqanın 31-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Qəbələ"yə 1:0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "Qəbələ"nin məşqçisi Mixayıl Savka "CBC Sport"a açıqlamasında qələbəni belə şərh edib:
"Qriqorçuk həmişə komandaylaydı, sadəcə oyunu tribunadan izlədi. Deməzdim ki, çətinliklə qələbə qazandıq. Birinci hissədə daha çox qol epizodlarımız oldu, sadəcə sonluğu dəqiq yerinə yetirə bilmədik. Mövsümün sonunda hər bir komanda xal qazanmaq üçün mübarizə aparır. Rəqib də sona qədər vuruşdu. Antonovun oyunu yaxşı alındı, 4-5 qol epizodu yaratdı, o, əlinə düşən fürsətləri dəqiq tamamlamaq üçün çalışmalıdır".
saytlarin hazirlanmasi