Rafael Santos bu gün komandaya qoşulacaq
"Qəbələ” Azərbaycan kubokunun 1/2 final oyununun hazırlıqlarına start verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” "Neftçi” ilə aprelin 27-də keçiriləcək səfər oyununa Bakıda hazırlaşır. Premyer Liqanın XXXI turunun "Xəzər Lənkəran”la səfər matçından (1:0) sonra fasiləsiz hazırlıq keçən komanda dünən növbəti məşqini gerçəkləşdirib.
"Qırmızı-qaralar” günün ilk yarısında baş tutan məşqdə iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənibsə, digər oyunçular topla çalışıb. Bugünki məşq prosesi də iki qrup üzrə aparılacaq. Birincilər fiziki hazırlıq keçəcək, digərləri meydanda tapşırıqları yerinə yetirəcək. "Qəbələ”nin zədəli futbolçularından Vojislav Stankoviç komanda ilə məşq keçibsə, Rafael Santos bu gün kollektiv çalışmalara qatılacaq. Dodo, Ermin Zets, Sergey Zenyov, Ruslan Abışov və Vadim Abdullayev isə fərdi hazırlıq keçir.
Xatırladaq ki, aprelin 27-də baş tutacaq "Neftçi” – "Qəbələ” oyunu "Bakcell Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi