Qriqorçuk: "Bu ədalətsizliklə necə mübarizə aparmağın yollarını bilmirəm"

21:30 - 27 Aprel 2016

"Qoy məni yenə cərimələsinlər, cari mövsümdə  minimum 15 xalımızı əlimizdən alıblar"
 
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Neftçi” – "Qəbələ” oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.
 
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib:
 
- Nəticəni necə qiymətləndirirsiniz?
- Nəticədən narazıyam. Bu gün nəinki qələbə qazanmalıydıq, 3 və ya daha çox qol fərqi ilə qalib gələ bilərdik. Təəssüf ki, 200 faizlik qol vəziyyətlərindən yararlana bilmədik. Qoy məni yenə cərimələsinlər, amma bəyan edirəm ki, cari mövsümdə  minimum 15 xalımızı əlimizdən alıblar. 
 
- Bu cür bəyanatla hakimləri özünüzə qarşı daha aqressiv etmirsiniz?
- Bundan pis olmayacaq. Siz ancaq penalti epizodlarına fikir verirsiniz.   Amma iş bununla bitmir. Qay sarı vərəqə limitinə yüksəlir.  Rəşad Eyyubov da həmçinin. Necə danışmayım? Əsəblərim dözmür.  Bu gün bilərəkdən məşqçi üçün ayrılan zonadan çıxdım ki, məni qovsunlar. Bu şəraitdə işləməyim əhəmiyyətini itirir.  Çünki bu ədalətsizliklə necə mübarizə aparmağın yollarını bilmirəm. 
 
- Hakimliklə bağlı iradlarınızı bildirdiniz. Bəs, işin ikinci tərəfi?
- Biz, çoxsaylı qol epizodlarını qaçırdıq və bu, bizi qayğılandırır.  
 
- Rəşad Eyyubovun sonradan meydana daxil olması və sonradan əvəzlənməsi nə ilə bağlı idi?
- Biz azlıqda oynayırdıq. Hücumçu çıxarıb müdafiəçi meydana buraxmalı idim. Bu taktiki cəhətdən atdığım addım idi. Oyundan sonra Rəşaddan üzr istədim.
 
- Avropa Liqasında xarüqələr yaradan Dodo haradadır? 
- Dodo məndən çox həkimlə ünsiyyətdə olur. Hazrıda komanda ilə birlikdədir. Dodo çox yaxşı futbolçudur. Onunla hər hansı problemim yoxdur. Zədəsini sağaltdıqdan sonra komandamızla birgə olacaq. 

Xəbər xətti