Dodo "Panatinaikos" haqda danışdı
"Qəbələ”nin futbolçusu Luis Hilario Dodo Yunanıstan mətbautına açıqlama verib.
Sportal.az xəbər verir ki, "Gazzetta.gr”a danışan "sambaçı” adının Yunanıstanın "Panatinaikos” klubu ilə hallanmasına münasibət bildirib: "Hələlik rəsmi təklif almamışam. Bu barədə yalnız dostlarımdan eşidirəm. Ancaq gələcəkdə bütün təklifləri dəyərləndirə bilərəm".
Qeyd edək ki, Dodo təxminən iki aya müddətdir ki, zədədən əziyyət çəkir. 5 il "Qəbələ” formasını geyinən braziliyalı yayda komandanı tərk edə bilər.
Xatırladaq ki, Dodo "Qəbələ”nin heyətində Avropa Liqasında "Panatinaikos”a qarşı forma geyinib.
saytlarin hazirlanmasi