"Qəbələ"də yarımfinal öncəsi iki problem

00:48 - 3 May 2016

Komanda hazırlıqlarını davam etdirir
 
Premyer Liqanın XXXII turunun "Neftçi” ilə ev oyunundan (2:2) sonra məşqlərinə ara verməyən "Qəbələ” dünən hazırlığını davam etdirib.
 
Sportal.az xəbər verir ki , günün ilk yarısında bir araya gələn "qırmızı-qaralar” iki qrupda hazırlıq keçib. Çempionat oyununda meydana çıxanlar bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə toplu çalışmalarla növbəti matça hazırlaşıblar. "Neftçi” ilə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununun hazırlığında yalnız Dodo və Sergey Zenyov komanda ilə çalışmayıb. Hər iki legioner fərdi hazırlıq keçib.
 
Roman Qriqorçukun yetirmələri mayın 4-də baş tutacaq matçın hazırlığını bu gün yekunlaşdıracaq. Komanda günün ilk yarısında oyunöncəsi son məşqini gerçəkləşdirəcək.
 
Xatırladaq ki, mayın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

Xəbər xətti