Toni Adams "Qəbələ"dən ayrılır?

12:37 - 11 May 2016

"Brondbü"dən təklif almışam"
 
“Qəbələ”nin futbol direktoru Toni Adams Danimarkanın “Bondbü” klubundan təklif almasını təsdiqləyib.
 
Sportal.az xəbər verir ki, İngiltərənin “The Guardian” nəşrinə danışan əfsanəvi futbolçu bunları deyib:
 
“Bəli, “Brondbü”dən təklif almışam. Hazırda danışıqlar gedir. Baş məşqçi kimi çalışmaq istəyirəm. Doğrudur, hələ yekun qərar qəbul olunmayıb. Amma bu baş tuta bilər. Maydan sonra “Qəbələ”ni tərk edəcəm”.
 
“The Guardian”nın yazdığına görə, danimarkalılar Toni Adamsla “Çelsi”nin kapitanı Con Terri vasitəsilə əlaqə yaradıblar.

Xəbər xətti