Sona iki tur qalmış vəsiqəni təmin edib
Ölkəmizi avrokuboklarda təmsil edəcək növbəti komandanın adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Qarabağ"la "Kəpəz"in ardınca "Qəbələ" də lazım olan vəsiqəni təmin edib. Əyalət təmsilçisi buna sona iki tur qalmış ilk "beşlik"də yerini qorumaqla nail olub. Roman Qriqorçukun komandası 34-cü turda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub. Amma bu məğlubiyyət "qırmızı qaralar"a əngəl yaratmayıb. Komanda sona 2 tur qalmış 4-cü vəsiqə uğrunda mübarizə aparan AZAL-la "Neftçi"dən 7 xal öndədi.
Qeyd edək ki, növbəti turda "Zirə" "Kəpəz"lə oyunu qələbə ilə başa vursa və yaxud da "İnter" xal itirsə mövümü gümüş mükafataçısı olduğunu rəsmiləşdirəcək. Buna baxmayaraq, 3 illik fəaliyyəti olmadığı üçün Adil Şükürovun komandası avrokuboklardan kənarda qalacaq. Üçüncü pillədə qərarlaşan "İnter" də yarışı kənardan izləməyi demək olar ki, dəqiqləşib. Buna isə futbolçulara olan borclara görə komandanın bir illik avrokuoklardan kənarlaşdırılması səbəb olub..
saytlarin hazirlanmasi