"Avropada klub axtarışında olduğumu gizlətmirəm"
“Qəbələ”nin keçmiş baş məşqçisi, hazırda isə bu klubun idman direktoru olan ingiltərəli Toni Adams Danimarkanın “Brondbü” komandasını çalışdıra bilər.
Sportal.az xəbər verir ki, ingiltərəli mütəxəssis bunu Danimarka mətbuatına verdiyi açıqlamada deyib:
“Brondbü” Danimarkanın ən yaxşı klubudur. Mən burada işləmək arzusundayam. Klub prezidenti ilə tez-tez söhbət edirik və orada yaradılan şərait mənim çox xoşuma gəlir. Avropada klub axtarışında olduğumu gizlətmirəm. “Brondbü”dən savayı başqa təkliflərim də var. Hələ gözləyirəm”.
Qeyd edək ki, 49 yaşlı mütəxəssis hazırda “Qəbələ”nin idman direktoru vəzifəsində çalışır. Adams həmçinin 2010-2011-ci illərdə adıçəkilən klubun baş məşqçisi olub.
saytlarin hazirlanmasi