Yoldaşlıq matçları üçün
Estoniya millisinin baş məşqçisi Maqnus Persson komandasının Litva, Andorra, Latviya və Portuqaliya ilə keçirəcəyi yoldaşlıq matçları üçün heyəti açıqlayıb
Sportal.az Estoniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Persson bu iki qarşılaşma üçün hazırda "Qəbələ" heyətində çıxış edən hücumçu Sergey Zenyovu da dəvət edib.
Zenyov bu vaxta qədər ölkəsinin milli komandasında 50 oyunda meydana çıxıb və 9 qola imza atıb.
Estoniya millisi mayın 29-da Litva, iyunun 1-də Andorra, 4-də Latviya, 8-də isə Portuqaliya ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi