Avropa çempionatında 2 medal

16:21 - 22 May 2016

 

1 qızıl, 1 bürünc

 
 
Polşanın Belsko-Byala şəhərində yeniyetmə cüdoçular arasında Avropa kubokuna start verilib.
 
Sportal.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçiləri üçün uğurlu alınıb. Belə ki, klubun üzvləri iki medal əldə ediblər. 50 kq çəki dərəcəsində qüvvəsini sınayan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, rumıniyalı Klaudiu Neaqu, avstriyalı Valentino Krnyiç, gürcüstanlı Sandro Dzamaşvili və macarıstanlı Çsanad Feçko üzərində qələbələrdən sonra finala çıxıb. Cüdoçumuz həlledici qarşılaşmada fransalı Uqo Maçeferi də məğlub edib.
 
44 kq çəki dərəcəsində çıxış edən qızların yarışında Şəhanə Hacıyeva uğur qazanıb. Kiprli Vasiliki Kourri və türkiyəli Özge Andiç üzərində qələbələrdən sonra yarımfinala yüksələn idmançımız ukraynalı Anastasiya Perexrestə uduzub. 3-cü yer uğrunda qarşılaşmada Hacıyeva fransalı Jüstin Qaubertlə görüşüb. Qalib gələn idmançımız bürünc medal qazanıb. (klub saytı)

Xəbər xətti