"Qəbələ"yə hörmətim böyükdü"
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına açıqlama verib.
Sportal.az "Sport Ekspress"ə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ciddi təklif gəlsə, "Qəbələ"dən gedə biləcəyini vurğulayıb.
"Qışda mənə təkliflər oldu və onlardan bir neçəsi ciddi idi. Ancaq işlədiyim kluba hörmətim böyükdü. Bu səbəbdən, heç bir danışıq aparmadım. "Qəbələ" ilə yeni müqaviləm 2017-ci ilin yayında başa çatır. Amma klubla qeyri-rəsmi razılığımız var ki, hansısa ciddi və maraqlı təkliflər olsa, rəhbərlik bunu anlayışla qarşılayacaq".
saytlarin hazirlanmasi