"Qəbələ" Xorvatiya və Afrikadan futbolçu transfer edir

15:52 - 9 İyun 2016

Hər iki futbolçu yarımmüdafiəçidir
 
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ” heyətini yeni futbolçularla gücləndirəcək. 
 
Sportal.az xəbər verir ki, bu barədə "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Klub rəsmisi bildirib ki, "qırmızı qaralar” artıq iki futbolçunun keçdini həll etmək üzrədir: "Danışıq apardığımız futbolçulardan biri Xorvatiyadan, digər isə Afrika ölkələrindəndir. Afrikalı futbolçu Kiprdə çıxış edir. Hər iki futbolçu yarımmüafiəçidir”. 
 
Qeyd edək ki, "Qəbələ” mövsüm başa çatdıqdan sonra Samir Zərgərov ("İnter”), Arif Daşdəmirov ("Qarabağ”), Ermin Zets, Aleksey Qay, Luis Hilario Dodo, Ruslan Abışov, Pavel Paşayev, Andrey Popoviç və Vadim Abdullayev kimi futbolçulara yollarını ayırıb.

Xəbər xətti