Hazırlıq prosesinin 1-ci mərhələsi
"Qəbələ” 2016-2017-ci illər mövsümünün hazırlığına start verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının ötən mövsümünün son turundan sonra istirahətə buraxılan "qırmızı-qaralar” iyunun 10-da Bakıda bir araya gəlib. "Qafqaz City Hotel”də məskunlaşan "Qəbələ” ilk məşqini "Bakı” klubunun bazasında gerçəkləşdirib. Komanda əsasən fiziki təmrinlərə və topsuz çalışmalara üstünlük verib. "Qırmızı-qaralar” növbəti məşqinə bu gün çıxacaq.
Xatırladaq ki, hazırlıq prosesinin 1-ci mərhələsini paytaxtda keçirən komanda məşqlərini iyunun 15-dək burada davam etdirəcək. Ardınca ölkə xaricinə yollanacaq Roman Qriqorçukun yetirmələri iyunun 16-dan 26-dək Gürcüstanın paytaxtı Tbilisidə hazırlıq keçəcək.
saytlarin hazirlanmasi