İyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ” qonşu ölkədə ilk yoxlama oyununu keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tbilisidəki hazırlıq çərçivəsindəki ilk rəqib Qorinin “Dila” klubu olub.
Baş məşqçi Roman Qriqorçuk oyunun gedişində 10 dəyişiklik edərək sərəncamındakı əksər futbolçulara şans verib. “Qəbələ” hesabı qarşılaşmanın 60-cı dəqiqəsində açıb. Rəşad Eyubov “qırmızı-qaralar”ı hesabda önə çıxarıb. Ramil Hasanov görüşün 63-cü dəqiqəsində 2-ci qola imza atıb – 2:0. Bu, matçda son qol olub.
Beləliklə, Gürcüstan toplanışında ilk oyununda “Dila”nı sınağa çəkən “Qəbələ” 2:0 hesablı qələbə qazanıb. Komanda iyunun 22-də Gürcüstanın digər klubu “Sioni” ilə üz-üzə gələcək.
“Qəbələ” “Dila” oyununu aşağıdakı heyətlə keçirib:
Dmitri Bezotosnı (David Pietrzkieviç), Rikardinyo (Məhəmməd Mirzəbəyov), Ürfan Abbasov (Tellur Mütəllimov), Vitali Vernidub (Murad Musayev), Vojislav Stankoviç (Rafael Santos), Rəşad Sadiqov (Sadiq Quliyev), Qismət Alıyev (Nika Kvekveskiri), Asif Məmmədov (Ehtiram Şahverdiyev), Filip Ozobiç (Ramil Hasanov), Rəşad Eyubov (Yusif Dilanov), Roman Hüseynov.
saytlarin hazirlanmasi