Kaladzenin ilk klubu "Qəbələ"nin rəqibi oldu

16:40 - 20 İyun 2016

Yerli futbolçulardan təşkil olunmuş klub

 

“Qəbələ” Avropa Liqasının birinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə üz-üzə gələcək.
 
Sportal.az xəbər verir ki, ötən il də ilk mərhələdə gürcü klubu “Dinamo” (Tbilisi) ilə qarşılaşan “qırmızı qaralar” bu dəfə də qonşularımızı məğlub etməyə çalışacaq. 
 
Samtredia şəhərini təmsil edən bu klub müxtəlif illərdə ayrı-ayrı adlarda çıxış edib. “Lokomotiv”, “Sanavardo”, “Djuba” və “İberiya” adlarını daşıyıb. Fəaliyyəti “Lokomotiv” adı ilə başlayan indiki “Samtredia” SSRİ-nin ikinci liqasında mübarizəyə start verib. 
 
Hazırda Gürcüstan çempionatında mübarizə aparan komandanın ən uğurlu dövrü 1994-96-cı illərdə “İberiya” adı altında olub.
 
1994-95-c illər çempionatında ikinci yeri tutan komanda UEFA kubokuna vəsiqə əldə edir. Lakin burda onlar Makedoniya “Vardar”ın məğlub olurlar.
 
Bu klub Gürcüstan tarixinin ən güclü və əfsanəvi futbolçusu Kaxa Kaladzenin ilk klubu olub. Bundan başqa “Samtredia” Tariyel Davlişvili, Davis Dardzaniya, Piruz Kanteladze, Givi Babanidze, Timur Dzaqnizxe, Sergey Şevstov kimi futbolçuları yetişdirib. 
 
2015/2016 mövsümündə “Samtredia” tarixində ikinci dəfə Gürcüstan çempionatının gümüş medallarına sahib çıxıb və avrokubokda iştirak hüququ əldə edib.
 
Komandanın baş məşqçisi yerli mütəxəssis Gia Tsetsadzedi. “Samtredia”nın heyətində legioner çıxış etmir. Bütlünlüklər yerli futbolçulardan təşkil olunub.

Xəbər xətti