Oyun Zestafoni şəhərində keçiriləcək
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Samtredia” – "Qəbələ” matçının məkanı bəlli olub.
Sportal.az xəbər verir ki, qarşılaşma "Qəbələ”nin rəqibinin təmsil etdiyi Samtredia şəhərində keçirilməyəcək.
Belə ki, "Samtredia” "qırmızı-qaralar”ı Zestafoni şəhərində qəbul edəcək. İyulun 7-də keçiriləcək görüş David Abaşidze adına 4558 azarkeş tutumu olan stadionda baş tutacaq.
Qeyd edək ki, ölkəmizi təmsil edən klublardan "Neftçi” 2012-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində bu stadionda qonaq olub. Həmin vaxt "Zestafoni” klubu ilə üz-üzə gələn "ağ-qaralar” səfərdən 2:2 hesablı nəticə ilə qayıtmışdılar.
saytlarin hazirlanmasi