Yoxlama matçı
İyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində 2-ci yoxlama oyununu keçirib. 4 gün öncə “Dila”nı 2:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” Bolnisinin “Sioni” klubu ilə üz-üzə gəlib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Gürcüstandakı ilk matçda olduğu kimi bu qarşılaşmada da 4:0 hesabı ilə qalib gəlib. Oyuna fəal başlayan “Qəbələ” matçın taleyini ilk 15 dəqiqədə həll edib. Komandamızın hər iki qoluna yeni transferlər imza atıb. Görüşün 6-cı dəqiqəsində xorvatiyalı Filip Ozobiç Bolnisi təmsilçisinin qapısına yol tapıb. 9 dəqiqə sonra isə liberiyalı Teo Uiks fərqlənib – 2:0. Fasilədən sonra Rəşad Sadiqov və Ehtiram Şahveridyev də fərqlənib - 4:0.
Xatırladaq ki, “Qəbələ” təlim-məşq toplanışında sonuncu oyununu iyunun 26-da keçirəcək. Qriqorçukun yetirmələri bu dəfə də “Sioni” ilə görüşəcək.
Gürcüstan kubokunun finalçısı ilə qarşılaşmada Roman Qriqorçuk aşağıdakı heyətə şans verib:
Dmitri Bezotosnı (David Pietrzkieviç), Rikardinyo (Məhəmməd Mirzəbəyov), Ürfan Abbasov, Vitali Vernidub (Sadiq Quliyev), Vojislav Stankoviç (Murad Musayev), Rəşad Sadiqov (Roman Hüseynov), Nika Kvekveskiri (Qismət Alıyev), Asif Məmmədov (Tellur Mütəllimov), Filip Ozobiç, Sergey Zenyov (Ehtiram Şahverdiyev), Teo Uiks.
“Sioni” - “Qəbələ” – 0:4
QOLLAR: Filip Ozobiç, 6, Teo Uiks, 15, Rəşad Sadiqov, 65 (pen.), Ehtiram Şahverdiyev, 74.
saytlarin hazirlanmasi