"Qəbələ" son yoxlama oyununda heç-heçə etdi

00:18 - 27 İyun 2016

3-cü yoxlama matçı
 
Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan "Qəbələ” iyunun 16-da start verdiyi hazırlıqlarını başa vurub.
 
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar” toplanışı 3-cü yoxlama oyunu ilə yekunlaşdırıb.
 
Roman Qriqorçukun yetirmələri hazırlıqların son günündə Bolnisinin "Sioni” klubu ilə üz-üzə gəlib. İyunun 22-də rəqibini 4:0 hesabı ilə məğlub edən "Qəbələ” bu dəfə qollu heç-heçə ilə kifayətlənib.
 
Komanda matçın 20-ci dəqiqəsində hesabı açıb. Gürcüstan təmsilçisinin qapısına "qırmızı-qaralar”ın yeni transferi Nika Kvekveskiri yol tapıb. Bu qoldan 15 dəqiqə sonra meydan sahibləri hesabda tarazlıq yarada bilib – 1:1. Oyundan sonra komanda Bakıya qayıdıb.
 
Xatırladaq ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia” klubu ilə görüşəcək "Qəbələ” qonşu ölkədə 3 yoxlama matçı keçirib. "Qırmızı-qaralar” "Sioni”ylə qarşılaşmalaradək (4:0, 1:1) Qorinin "Dila” klubu ilə (2:0) üz-üzə gəlib.

Xəbər xətti