"Qəbələ" "Samtredia" ilə oyuna ciddi itki ilə çıxacaq

14:54 - 29 İyun 2016

Məmmədov sıradan çıxdı
 
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Gürcüstanın "Samtredia” komandası ilə qarşılaşcaq "Qəbələ” ciddi itki ilə üzləşib. 
 
Sportal.az xəbər verir ki, "qırmızı qaralar”ın baş məşqçisi Roman Qriqorçuk sabah baş tutacaq qarşılaşmada Asif Məmmədovun xidmətindən istifadə edə bilməyəcək. Əldə etdiyimiz məlumata görə, təcrübəli futbolçu komandanın məşqində zədələnib.
 
Qeyd edək ki, "Qəbələ” – "Samtredia” matçı sabah baş tutacaq. "Bakcell Arena”da keçiriləcək qarşılaşma 21:00-da başlayacaq. 

Xəbər xətti