Rikardinyo: "Səfərdə bizi çətin oyun gözləyir"

18:03 - 1 İyul 2016

"Gürcüstandakı matça yaxşı hazırlaşmalıyıq"

 

"Mövsümün ilk matçları hər zaman çətin olur. Buna baxmayaraq, biz yaxşı oyun göstərdik. Hücumda və müdafiədə yaxşı oynayıb lazım olan qolları vurduq. Müdafiədən hücuma çıxmağımız məni çox sevindirdi".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Samtredia" ilə matçdan (5 - 1) sonra "Qəbələ"nin futbolçusu Rikardinyo jurnalistlərə verdiyi açıqlamasında deyib.

 

Braziliyalı müdafiəçi böyük hesablı qələbənin arxayınlıq yaratmayacağını bildirib: "Düzünü deyim ki, belə hesab gözləməsəm də qələbə qazanacağımıza inanırdım. Buna baxmayaraq cavab oyunu öncəsi arxayınlaşmaq olmaz. Səfərdə bizi çətin oyun gözləyir. Rəqib azarkeşlərinin qarşısında qələbə qazanmaq üçün oynayacaq. Bu hesabı unudub Gürcüstandakı matça yaxşı hazırlaşmalıyıq".

Xəbər xətti