Asif Məmmədov zədəlidir
Asif Məmmədov Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstan "Samtredia"sı ilə görüşdə "Qəbələ"yə kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, buna səbəb təcrübəli futbolçunun zədəli olmadısı. Belə ki, tərəflər arasında baş tutan ilk görüşdə iştirak edə bilməyən Məmmədov cavab qarşılaşmasında da meydanda olmayacaq.
Qeyd edək ki, "Qəbələ" - "Samtredia" oyunu təmsilçimizin 5-1 hesablı qələbəsiylə başa çatmışdı. Cavab qarşılaşması isə iyulun 7-də Zestafoni şəhərində keçiriləcək.
saytlarin hazirlanmasi