Qriqorçuk: "Bizim üçün rəqibin heç bir fərqi yoxdu" MÜSAHİBƏ

21:42 - 7 İyul 2016

"Biz rəqibdən güclüyük"

 

Avropa Liqasının I təsnifar mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ" səfərdə Gürcüstanın "Saamtredia" komandasının qonağı olub.
 
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb: 
 
"Oyunun belə keçəcəyini bilirdik. Matç mənim gözlədiyim kimi keçdi. Sevinirəm ki, belə bir vəziyyətlə üzləşdik və matç gördüyünüz kimi alındı”.
 
- Rəşad Sadiqovun zədəsi nə yerdədi?
- Bunu bu dəqiqə demək çox çətindi. Rəşad çox təcrübəli futbolçudu və zədəsini görə əzmkarlıq göstərdi.
 
- İkinci mərhələdə qarşılaşacağınız komandanın oyunu davam edir. Daha çox hansı komanda ilə qarşılaşmaq istərdiniz?
- Bizim üçün rəqibin heç bir fərqi yoxdur. Əsas odu ki, qısa zamanda yaxşı komanda qura bilmişik. Hansı rəqiblə qarşılaşacağımız xüsusi önəm kəsb etmir. 
 
- "Samtredia” heyətinə və gücünə görə "Qəbələ” ilə müqayisə edə biləcəyimiz komandadı?
- Mən onlar haqqında ilk oyundan sonra fikirlərimi bildirmişdim. Onlar haqqında müsbət fikirlərim var. Hücuma yaxşı keçirlər. İkinci matçdan sonra da eyni sözləri təkrarlaya bilərəm. Razıyam ki, biz rəqibdən güclüyük. (Futbol11.az)

Xəbər xətti