"Qəbələ" üçün isveçli hakimlər

13:37 - 11 İyul 2016

Oyunu Boyan Pandziç idarə edəcək
 
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək MTK - "Qəbələ" matçını idarə edəcək hakimlər briqadası bəlli olub. 
 
 
Sportal.az xəbər verir ki, Macarıstanda baş tutacaq qarşılaşmada ədaləti İsveçdən olan hakimlər briqadası qoruyacaq. 
 
Belə ki, matçın baş hakimi Boyan Pandziç, yan xətt hakimlər isə Stefan Hallberq və Maqnus Syoblom olacaq. Oyunda dördüncü hakim funksiyasını Mohammed Al-Hakim yerinə yetirəcək.
 
Qeyd edək ki,  MTK – "Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xəbər xətti