"Qəbələ"də ciddi itki

14:00 - 12 İyul 2016

Eyubov sıradan çıxdı
 
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın MTK komandasına qonaq olacaq "Qəbələ” qarşılaşmaya ciddi itki ilə çıxacaq.
 
Sportal.az saytının məlumatına görə, ukraynalı çalışdırıcı Roman Qriqorçuk Rəşad Eyubovun xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb futbolçunun ayağında ağrılar hiss etməsidir.
 
Qeyd edək ki, "Samtredia" ilə matçda zədə səbəbindən "Qəbələ"yə kömək edə bilməyən Asif Məmmədov MTK ilə oyunda iştirak edə biləcək.
 
Qeyd edək ki, "Qəbələ” – MTK oyunu iyulun 14-də Bakı vaxti ilə 22:30-da baş tutacaq.

Xəbər xətti