"Qırmızı-qaralar"ın oyunöncəsi son məşqi Dyer şəhərində keçirilib
“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununun hazırlığını tamamlayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın MTK klubu səfər matçının hazırlığına Bakıda start verən “qırmızı-qaralar”ın oyunöncəsi son məşqi Dyer şəhərində keçirilib.
Roman Qroqorçukun komandası qarşılaşmadan bir gün öncə matçın keçiriləcəyi “Dyirmoti” stadionunda məşq edib. Komanda məşq prosesində toplu çalışmalara üstünlük verib.
Xatırladaq ki, Dyer şəhərinin “Dyirmot” stadionunda keçiriləcək MTK – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
saytlarin hazirlanmasi