"Qəbələ" MTK ilə oyunun hazırlıqlarına start verdi

18:00 - 17 İyul 2016

Günün 2-ci yarısında məşq olacaq
 
“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 14-də Macarıstanın Dyer şəhərində MTK ilə keçirilən ilk qarşılaşmanın (2:1) ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” məşqlərini iyulun 16-da bərpa edib. 
 
Bakıda baş tutan hazırlıq prosesində futbolçular iki qrupda bölünüb. Günün ikinci yarısına təsadüf edən məşq zamanı Macarıstandakı görüşün iştirakçıları bərpaedici məşqlə kifayətləniblərsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Budapeşt klubu ilə qarşılaşmanın hazırlığını davam etdirəcək “Qəbələ” bu gün növbəti məşqini keçirəcək. Hazırlıq günün ikinci yarısında baş tutacaq.
 
Xatırladaq ki, cavab oyunları çərçivəsində baş tutacaq “Qəbələ” – MTK qarşılaşması iyulun 21-də Bakıda keçiriləcək. 

Xəbər xətti