Teo Uiks: "Bizə böyük təzyiq olacaq"

13:24 - 19 İyul 2016

"Avropa Liqası kimi yarışda asan rəqib yoxdur"
 
"Qəbələ"nin liberiyalı futbolçusu Teo Uiks ölkəsinin mətbuatına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, Avropa Liqasında 4 qol vuran yarımmüdafiəçi MTK ilə cavab qarşılaşması haqda danışıb:
 
"Biz Macarıstana qələbə üçün yollanmışdıq və xoşbəxtlikdən bunu bacardıq. Avropa Liqası kimi yarışda asan rəqib yoxdur. Səfərdə qələbə qazansaq da, arxayınlaşmamışıq. MTK-nı cavab matçında da məğlub etmək istəyirik. Bizə böyük təzyiq olacaq. Özümüz inanmalıyıq və növbəti mərhələyə yüksəlmək üçün sona qədər mübarizə aparmalıyıq".
 
Qeyd edək ki, "Qəbələ" - MTK matçı iyulun 21-də keçiriləcək.

Xəbər xətti