"Qəbələ" Aleksey Antonovla yolları ayırdı

00:13 - 20 İyul 2016

Müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib
 
"Qəbələ" ukraynalı futbolçusu Aleksey Antonovla yollarını ayırıb.
 
Sportal.az klubun resmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.
 
Aleksey Antonov 2015-ci yayından çıxış etdiyi "Qəbələ" 49 oyun keçirib, 8 qol vurub. Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. Antonov UEFA Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb.
 
"Qəbələ" İdman Klubu Aleksey Antonova "qırmızı-qara" forma ilə keçirdiyi oyunlara, qollara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Xəbər xətti