“Qəbələ”nin əvəzediciləri mövsümlərarası hazırlıq prosesini başa vurub.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıda baş tutan təlim-məşq toplanışını sonuncu yoxlama matçı ilə yekunlaşdırıb. Hüseynqulu Quliyevin yetirmələri “Ağsu” ilə görüşüb. “Qəbələ” qarşılaşmanın ilk hissəsində 2 qol vuraraq, hesabda önə keçib. I Divizion təmsilçisinin qapısından hər iki topu Ravil Yusifli keçirib. “Ağsu” yalnız bu qollardan birinin əvəzini çıxa bilib – 2:1.
Beləliklə, əvəzedicilər toplanışı qələbə ilə başa vurub. Hazırlıq prosesinin 2-ci mərhələsindən sonra futbolçulara iki günlük istirahət verilib. "Qəbələ"nin əvəzediciləri avqustun 1-də bir araya gələcək.
Xatırladaq ki, “Qəbələ” yeni mövsümə “Kəpəz”lə ev matçı ilə start verəcək. Əvəzedicilərin oyunu avqustun 7-də keçiriləcək..
saytlarin hazirlanmasi