Teo Uiks: "Maribor"la oyunlar bizim üçün asan olacaq"

13:56 - 8 Avqust 2016

"Qəbələ"nin liberiyalı futbolçusu Teo Uiks xarici mətbuata açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley off mərhələsində Sloveniyanın "Maribor" klubuna qarşı keçirəcəkləri matç haqda fikirlərini bildirib:

 

"Çoxları düşünür ki, “Maribor”la oyunlar bizim üçün asan olacaq. Çünki “Lill” kimi rəqibi mübarizədən kənarlaşdırmışıq. Hətta Lill” səddini aşdığımız üçün gücümüzü bir qədər  şişirdirlər. Ancaq mən hiss edirəm ki, bizim üçün çox ağır oyunlar olacaq. Rəqib Şotlandiyanın “Aberdin” kimi klubunu mübarizədən kənarlaşdırıb. Böyük Britaniya klubuna qalib gələn komanda zəif rəqib ola bilməz. “Maribor” sözsüz güclü komandadır”.

Xəbər xətti