"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
- Matçın gedişində zədə alan Rəşad Sadioqvun son durumu necədi?
- Rəşad təcrübəli futnbolçudu. Onun durumu haqqında məlumatımız yoxdu. O, təcrübəli futbolçu olduğu üçün meydanı vaxtında tərk etdi. Ümid edirəm ki, durumu ciddi olmayacaq.
- Rəşad zədə almasaydı, Telluru meydana buraxacaqdınızmı?
- Belə şeylərə fikirləşmirəm. Sadəcə, analiz etdim və qərar verdim.
- Növbəti oyunda "İnter”lə qarşılaşacaqsınız. Həmin matç haqqında nə düşünürsünüz?
- Bizim işlərimiz çoxdu. Öz oyunumuzu analiz edirik. Sabahdan "İnter” haqqında düşünəcəyik. Ümid edirəm ki, həmin oyuna hazır vəziyyətdə çıxacağıq.
- Oyundan əvvəl limit məsələsi sizi çox düşündürmədi?
- Limitin faydasız olması ilə bağlı fikrimi bildirmişdim. Limit mənasız şeydi. Ancaq qayda və qanunlar var. Bu barədə fikirləşirik və hazır olan futbolçuları meydana buraxırıq.
saytlarin hazirlanmasi