"Qəbələ" və “GoSport Baku” birlikdə daha bir layihəyə imza atıb. “Qırmızı-qaralar”ın məşqçi heyəti və futbolçular ötən mövsüm UEFA Avropa Liqası zamanı “Port Baku Mall”da yerləşən “Go Sport” mağazasında azarkeşlər və media nümayəndələri ilə görüşmüşdüsə, bu dəfə tədbir Bakının ən böyük idman mağazası olan “Gənclik Mall”da yerləşən “Go Sport” mağazasında baş tutub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roman Qriqorçuk tədbir və qarşıdakı "Maribor"la vacib qarşılaşma haqda fikirlərini bildirib. Ukraynalı mütəxəssis belə görüşün vacibliyini qeyd edib:
“Futbolçulara demişdim ki, "Lill"i keçsək, qrupa düşəcəyik. Bunu mənim inamım deyir. Oyunçular bunu xatırladığından məsuliyyətləri lazımi səviyyədədir. Maribor”un əsas üstünlüyü sürətli hücumlar təşkil etməsidir. Sloveniya klubunun futbolçuları rəqib qapısına çox sürətlə yaxınlaşmağı bacarır. Azarkeşlərin “Dalğa Arena”ya gəlməsinin çətin olduğunu bilirəm. Bizə onların dəstəyi lazımdır. Bu problem həll olunacaq. Azarkeş dəstəyi olanda “Qəbələ” daha yaxşı oynayır”.
saytlarin hazirlanmasi