"Qəbələ" və “GoSport Baku” birlikdə daha bir layihəyə imza atıb. “Qırmızı-qaralar”ın məşqçi heyəti və futbolçular ötən mövsüm UEFA Avropa Liqası zamanı “Port Baku Mall”da yerləşən “Go Sport” mağazasında azarkeşlər və media nümayəndələri ilə görüşmüşdüsə, bu dəfə tədbir Bakının ən böyük idman mağazası olan “Gənclik Mall”da yerləşən “Go Sport” mağazasında baş tutub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın kapitanı Rəşad Sadiqov tədbir və qarşıdakı "Maribor"la vacib qarşılaşma haqda fikirlərini bildirib.
“Belə tədbirə qatılmaq çox xoş oldu. Klubun aksessuarlarının satışa çıxarılması sevindiricidir. Bütün klubların belə nöqtələrə malik olmasını arzulayıram”.
Zədə səbəbindən “Maribor”la ilk oyunu buraxacaq kapitan Sloveniya təmsilçisi ilə matçlar haqda da fikirlərini açıqlayıb:
“Qrup mərhələsinə düşmək istəyirik. Bu il daha iddialıyıq. Həm çempionata, həm Avropa Liqasına yaxşı başlamışıq. İki dəfə bu mərhələdə oynamışam. 3-cü dəfə buna nail olmaq istəyirəm. “Maribor” dəfələrlə qrupda oynayıb, ölkəsinin çempionu olub. Amma biz də iddialıyıq. Düşünürəm ki, mərhələ keçmək şansları bərabərdir. Fikrimcə, kim daha aqressiv oynasa, o da mərhələ keçəcək”.
saytlarin hazirlanmasi