Xəbər verdiyimiz kimi "Qəbələ" - "Maribor" matçını belaruslu FİFA referisi Aleksey Kulbakov idarə edəcək.
Sportal.az xəbər verir ki, FİFA referisi təmsilçilərimizin avrokuboklarda yalnız "Qarabağ"ın matçını idarə edib. 2014-cü il oktyabrın 2-də Avropa Liqasının qrup mərhələsində "İnter" (İtaliya) - "Qarabağ" (2:0) matçını məhz belaruslu hakim idarə edib. Kulbakov "İnter"dən Xuan Xesus və Qari Medeli, "Qarabağ"dan isə Muarem Muaremi sarı vərəqə ilə cəzalandırıb.
Kulbakov 2011-ci ilin avqustun 10-da "Dalğa Arena"da keçirilən Azərbaycan - Makedoniya yoldaşlıq görüşünü idarə edib. Həmin matçda Qoran Pandevin 58-ci dəqiqədə vurduğu qol makedonlara qələbə qazandırmışdı. Kulbakov Makedoniya yığmasının 2 üzvünə sarı vərəqə göstərmişdi.
36 yaşlı referi 2013-cü ildə ÇL-nın 3-cü təsnifat mərhələsində "Maribor"un APOEL-ıə qarşılaşmasını da idarə edib. Həmin görüşdə hesab açılmayıb 0:0. Bundan əlavə, referi 2009-cu ildə AL-nın pley-off mərhələsində "Sparta" Praqa - "Maribor" (1:0) görüşündə də baş hakim olub.
saytlarin hazirlanmasi