"Qəbələ"dən azarkeşlər üçün şad xəbər

15:43 - 16 Avqust 2016

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 18-də Mərdəkandakı "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək üçün ayrılacaq avtobusların marşrutu müəyyənləşib.

 
Sportal.az xəbər verir ki, avtobuslar saat 18:00-dan etibarən "Gənclik” metrostansiyası yaxınlığındakı ərazidən hərəkətə başlayacaq. Ən son avtobusun sözügedən məkandan saat 19:30-da çıxması planlaşdırılır.

 

Geri dönüş çıxış nöqtəsi "Dalğa Arena" olmaqla Koroğlu - Gənclik - 20 yanvar metrostansiyaları marşrutu üzrə həyata keçiriləcək. Avtobuslar komfortlu "Baku Bus" avtobuslarıdır.
 

Bundan əlavə, metronun gecə saat 01:00-dək fəaliyyət göstərməsi üçün Bakı Metropoliteninə rəsmi müraciət ünvanlanıb və razılıq əldə edilib.

Xəbər xətti