Ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
Sportal.az xəbər verir ki, klub pley-off mərhələsinin “Maribor”la cavab oyununa daha yaxşı hazırlaşmaq məqsədi ilə Premyer Liqanın 3-cü turunda keçirilməli olan “Sumqayıt”la matçın təxirə salınmasını istəyib. "
Qəbələ"nin Avropa Liqasında uğurlu çıxışı və ölkəmizi qrup mərhələsində təmsil etmək perspektivini nəzərə alan PFL “Sumqayıt” klubunun razılığına əsasən aşağıdakı qərarı qəbul edib: Premyer Liqanın 3-cü turunun “Qəbələ” – “Sumqayıt” matçı 21.08.2016-cı il tarixdən başqa tarixə keçirilsin.
saytlarin hazirlanmasi