Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində səfərdə "Maribor"la cavab matçına çıxacaq "Qəbələ" yə kapitanından şad xəbər gelib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 2-ci turunda "İnter"lə matçda zədələnən Rəşad Sadiqov zədəsini sağaldıb. 34 yaşlı futbolçu Sloveniyada keçiriləcək qarşılaşmada komandasına kömək edə biləcək.
Qeyd edək ki, "Maribor" - "Qəbələ" matçı avqustun 25-i, saat 22:15-də baş tutacaq.
saytlarin hazirlanmasi